Rusiya bu dəfə də Azərbaycan pomidorlarını bəyənmədi

OXUNUB: 373 İQTİSADİYYAT

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycan istehsalı olan pomidorda xəstəlik aşkarlayıb. 

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Azərbaycan istehsalı olan məhsulda Cənubi Amerika güvəsi aşkarlanıb. Qurum rəsmiləri bəyan ediblər ki, təxminən 20 tona yaxın məhsulda ziyanvericinin olduğu təsdiqini tapıb.

Yoxlamanın nəticəsi olaraq məhsul sahibinə qanunun tələblərinə uyğun dezinfeksiya işləri aparmaq tapşırılıb.

Qeyd edək ki, Rusiya yerli pomidor istehsalçılarını qoruyacağını bəyan etmişdi./apa

İCMAL.AZ

RƏYLƏR