Rusiya bu raketlər qarşısında acizdir

OXUNUB: 735 DÜNYA
"Rusiya yaxın vaxtlarda Suriyaya yeni hava hücumundan müdafiə sistemi göndərəcək”.
 
BNEWS.az Türkiyə mətbuatına istinadən bildiri ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya yerli hava hücumundan müdafiə sistemini inkişaf etdirmək üçün mütəxəssislər hazırda Suriya Silahlı Qüvvələri tərəfindən ələ keçirilən "Tomahawk" raketi üzərində incələmələr aparırlar.
 
Qeyd edək ki, "Tomahawk” ABŞ-ın ən çox qürur duyduğu raketlərdəndir. O, hətta bu silahları ən yaxın müttəfiqi olan İngiltərədən qeyrisinə belə satmır. Hər birinin dəyəri 1.4 milyon dollara başa gələn bu raketlərin mənzilinin 600 dəniz mili, başqa təbirlə desək, 1100 km olduğu bildirilir. Atılma motoru ilə birlikdə kütləsi 1440 kq olan "Tomahawk”ların "təmiz çəkisi” 1190 kq-dır. Üçmərhələli reaktiv özəlliyə malik "ağıllı raket”lərdən sayılır. Vuracağı hədəfin xəritəsi "beyninə” yazıldığından özü öz "ov”unun arxasınca gedir və qarşısına çıxan maneləri müxtəlif manevrlərlə aşa bilir. Xüsusilə dənizlərdə ya da səhra kimi naməlum və ya dəyişgən coğrafi sahələrdə istifadəyə yararlıdır. Nüvə başlığı daşıya biləcək qabiliyyətdədir. Dəlicilik və nüfuzedicilik qabiliyyətilə istənilən maneəni deşib keçir və hədəfin daxilində partlaya bilir.
 
İcmal.Az

RƏYLƏR