Rusiya ən böyük zərbəsini aldı - Moskvanı ifşa edən FOTOLAR

OXUNUB: 645 DÜNYA

Rusiyanın Suriyadakı Xmemmim təyyarə bazasına hücum 82 millimetr kalibrli "Vasilek” avtomatik minaatanı ilə təşkil olunub.

Bu haqda hərbi ekspertlərin fikirlərinə istinadən "Vestnik Mordoviya” nəşri yazıb.

Minanatanın üstünlüyü kimi kiçik çəki (630 kiloqram) və yüksək tezatma qabiliyyəti (dəqiqədə 120 atəşə qədər) göstərilir. Silahın çəkisinin az olması onu avtofurqonda yerləşdirməyə imkan verir. Nəşr dəqiqləşdirib ki, "Vasilek”in hər mərmisindən ətrafa 600 qəlpə dağıla bilir.

"Bu silahın atdığı minaları Rusiya ordusunda olan vasitələrlə yaxalamaq praktik olaraq mümkün deyil. Xaricdə bu istiqamətdə işlər daha müvəffəqiyyətlə aparılıb. Belə ki, NATO ölkələrində xüsusi artilleriya və lazer kompleksləri var. Amerikalılar Bağdaddakı obyektlərini minaatanların atəşlərindən qoruya bildilər”, - nəşr qeyd edib.

Nəşr əlavə edir ki, Suriya ordusunun silahlanmasında bu minaatanlar yoxdur. Bu silahın döyüşçülərin əlinə Türkiyə vasitəsilə düşdüyü ehtimal edilir.

Xatırladaq ki, Rusiyanın təyyarə bazasına hücum haqqında xəbər yanvarın 3-də yayılıb. "Kommersant” qəzeti iki hərbi-diplomatik mənbəsinə istinadən Xmeymimdə 7 təyyarənin – 4 Su-24 bombardmançısı, 2 Su-35S qırıcısı və AN-72 nəqliyyat təyyarəsinin məhv edildiyini bildirdi. Qəzetin həmsöhbətləri əlavə ediblər ki, 10-dan çox hərbi qulluqçu yaralanıb.

Nəşr bunu Suriyada Rusiyanın həyata keçirdiyi hərbi əməliyyatın bütün dövrü ərzində "ən ciddi hadisələrdən biri” adlandırdır. "Kommersant”ın mənbələri bazaya məhz hansı təşkilatın döyüşçülərinin hücum etdiyini dəqiqləşdirməyib.

Rusiya Müdafiə Nazirliyi hücum faktını təsdiqləsə də, 7 təyyarənin məhv edilməsi barədə informasiyanı təkzib etdi. Nazirlik yalnız 31 dekabrda uçuş zamanı Mİ-24 helikopterinin texniki nasazlıq səbəbindən qəzaya uğradığını və 2 pilotun həlak olduğunu açıqladı. Bir gün sonra isə nazirlik helikopterə atəş açıldığını təsdiq etdi.

Yanvarın 4-də hərbi müxbir Roman Saponkov təyyarə bazasına hücum vaxtı zədələr almış Su-24M bombardmançısının şəkilini dərc etdi. Onun sözlərinə görə, başqa hərbi texnika da zərər çəkib.

Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçik hesab edir ki, Rusiya təyyarələri minaatanlardan təxminən iki kilometr məsafədən atəşə tutulub.

"Hava hücumundan müdafiə sistemləri minaatanları aşkar edə və zərərsizləşdirə bilmirlər”, - o izah edib.

"Vətənin Arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovskiy hesab edir ki, bu, güclü qruplaşmanın hücumu deyil: "Bu, yük hissəsində sovet 82 millimetr kalibrli minaatan yerləşdirilən maksimim iki avtomobillə edilən hücumdur. Belə minaatanların minlərlə ədədi Sovet İttifaqı dövründə Suriyaya verilirdi”.

Ekspertin sözlərinə görə, atəş 3 kilometrdən 1-1,5 dəqiqə davam edə bilərdi: "İki minaatanla aerodromun ərazisinə 30-40 mina buraxıla bilərdi. Belə minalar zirehsiz hərbi texnika üçün ən təhlükəli döyüş sursatlarından biridir”.

Rəsmi Moskvanın təkzib etməsinə baxmayaraq, internetdə dərc edilən fotolarda hücumun miqyasının böyük olduğu və hərbi təyyarələrin yararsız vəziyyətə düşdüyü görünür.

Türkiyəli təhlükəsizlik mütəxəssisi Abdullah Ağar sosial şəbəkədəki səhifəsində yazdığı bir statusunda bənzər hücumun 2016-cı ilin mayında edildiyini xatırladıb. Onun sözlərinə görə, hücum faktı Rusiya tərəfindən təkzib edilsə də, ABŞ-ın "Stratfor” analitik şirkəti ifşaedici dəlillər ortaya qoymuşdu./publika

İcmal.Az

RƏYLƏR