Rusiya ən müasir qırıcılarını Suriyaya göndərdi – FOTO + VİDEO

OXUNUB: 627 DÜNYA

Fevralın 21-də Rusiyanın Suriyadakı "Hmeymim” hava bazasına Rusiyanın SU-57 qırıcısının beşinci nəsil nümunələri olan iki ədəd T-50 təyyarəsi enib. 

Suriyaya göndərilən T-50 hərbi təyyarələrinin konkret sayı barədə məlumat yoxdur.

Xatırladaq ki, bundan əvvəl Suriya mənbələri fevralın 21-də "Hmeymim”ə Rusiya Hava-Kosmik qüvvələrinə aid dörd ədəd Su-35C qırıcısının, Tu-154M sərnişin təyyarəsinin, radiolokasiya müşahidə və tuşlama sistemli A-50U  təyyarəsinin və dörd ədəd Su-25 döyüş təyyarəsinin  endiyini xəbər vermişdi.

Ümumilikdə 2010-2017-ci illər ərzində 10 ədəd T-50 (V nəsil Su-57) təyyarəsi hazırlanıb. Onlardan üçü 2017-ci ildə istehsal edilib. T-50 ilk uçuşunu 24 aprel 2017-ci ildə həyata keçirib./oxu

 

İcmal.Az

RƏYLƏR