"Rusiya Ermənistana silah yox, məsləhət verməlidir" - Sahib Alıyev

OXUNUB: 745 SOSİAL
Son zamanlar Rusiyalı politoloqlar bir-biriylə ziddiyət təşkil edən açıqlamalar verirlər.
Onlar belə getsə Moskvanın Dağlıq arabağ məsələsində tutduğu mövqeni dəyişdirəcəyini, Ermənistana silah verilməsini dayandıracağını bildirirlər.
Bütün bu hədələrin nəyə xidmət etdiyini və nə ilə nəticələnəcəyini Metbuat.az-a şərh edən millət vəkili, politoloq Sahib Alıyev bunları dedi:

"Rusiyalı ekspertlərin son zamanlar Ermənistanla bağlı verdiyi açıqlamalar və bu zaman Azərbaycandan onların öz sözü ilə desək "puqalo” kimi istifadə etməyə çalışmaları qətiyyən xoşagələn deyil. Əslində, bununla onlar öz ölkələrinin indiyə kimi yeritdiyi siyasəti ifşa edirlər. Rusiya Minsk qrupunun həmsədridir, böyük dövlətdir. Rusiya Azərbaycanın həmişə çox yaxşı qonşuluq münasibəti saxlamaq istədiyi dövlətdir. Bu dövlət öz missiyasına və Azərbaycanın ona yanaşmada sərgilədiyi dayanıqlı strateji tərəfdaşlıq yanaşmasına uyğun hərəkət etməlidir. Biz Rusiyanın böyük dövlət olaraq regiondakı maraqlarını anlayırıq və birtərəfli qaydada bizi dəstəkləyin demirik. Sadəcə Dağqlıq Qarabağ məsələsində beynəlxalq normalara və BMT TŞ-nın bəlli 4 qətnaməsinə uyğun hərəkət etməsini, prinsipial mövqe ortaya qoymasını istəyirik. Rusiyalı ekspertlərin yanaşmasından belə çıxır ki, Ermənistan yenə də vassallığını etsə, Dağlıq Qarabağ məsələsinə yanaşmada dolayı yolla işğalçıya dəstək verəcəyik. Ermənistan başqa qüvvələrə vassallıq etmək istəsə, Dağlıq Qarabağ məsələsinə yanaşmamızı dəyişəcəyik. Bu zaman da Azərbaycandan hansısa təzyiq aləti kimi istifadə etməyə çalışacaqlar. Azərbaycan Ermənistandan fərqli olaraq alət deyil, heç kimin əlində olmayıb və olmayacaq. Bir dəfə 1 milyard dollarlıq, bir neçə dəfə də ümumilikdə 2 milyard dollarlıq silah verilib. Rusiya işğalçı bir dövlətə silah verməli deyil. Fikrimcə, Rusiya Ermənistana ağıl və məsləhət verməlidir. Bu gün özündən qat-qat güclü bir dövlətin torpaqlarını kiminsə dəstəyi ilə işğal altında saxlaya bilərsən, amma sabah bu sənin üçün fəlakətə çevriləcək."
 
İcmal.Az

RƏYLƏR