Rusiya Fransaya nota göndərib

OXUNUB: 801 DÜNYA

Parisdə Le Burje aviasalonunda keçirilən sərgidə iştirak edən "Rusiya müdafiə-ixracat” Səhmdar Cəmiyyətinin heyətinin rəhbəri Sergey Kornevin avtomobilinə hücum olub.

Hadisə ilə əlaqədar Rusiyanın Fransadakı səfirliyi Fransanın XİN-ə nota göndərib. 

Xatırladaq ki, çərşənbə axşamı San-Denidə Kornevə hücum baş verib. Sərgi başa çatdıqdan sonra geri qayıdan heyət rəhbəri avtomobildə olub. Hücum edənlərin qarətçi olduqları ehtimal edilir. Onlar avtomobilin şüşəsini sındıraraq pul və qiymətli əşyaları tələb ediblər. Sergey Kornev pasportunu qoruya bilib. /oxu

 

İcmal.Az

RƏYLƏR