Rusiya general-leytenantı Suriyada öldürüldü

OXUNUB: 671 DÜNYA

Rusiyanın general-leytenantı Valeri Asapov İŞİD terrorçularının hücumu nəticəsində Suriyada ölüb.

 Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Suriya ordusunda Rusiya hərbi məsləhətçilərinin rəhbəri olan general Asapov Suriya ordusunun komanda məntəqəsində olub və suriyalı komandirlərə Deyr əz-Zorun azad edilməsi əməliyyatlarında yardım edib. O, minanın partlaması nəticəsində ölümcül yaralanıb.

Ölümündən sonra o, yüksək dövlət mükafatına layiq görülüb./axar

 

İcmal.Az

RƏYLƏR