Rusiya Prezidenti: "Regionda vəziyyətin yoluna qoyulması bizim üçün xüsusi əhəmiyyət daşıyır"

OXUNUB: 89 DÜNYA SİYASƏT

"Bu gün bir il ərzində görülən işləri müzakirə etmək üçün toplaşmışıq. Ötən müddət ərzində çox işlər görülüb”.

7NEWS.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Rusiya liderlərinin Soçi şəhərindəki görüşündə bildirib.

Hələlik bəzi məsələlərin həll olunmadığını qeyd edən Rusiya Prezidenti deyib: "Sərhəddə baş verən faciəli hadisələr zamanı hər iki tərəfdən insanlar həyatını itirir. Bu kimi hallara biz tərəfdən xüsusi diqqət yetirilməlidir”.

Regionda dinc həyatın qurulması çərçivəsində üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrup yaradıldığını xatırladan V.Putin bildirib ki, yaxın vaxtlarda nəqliyyat yollarının açılması ilə bağlı həmin qrupun səlahiyyətləri təsdiqlənməlidir.

Rusiya Prezidenti həmçinin qeyd edib ki, həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri xüsusi xarakter daşıdığı üçün regiondakı vəziyyətin yoluna qoyulması da onlar üçün xüsusi əhəmiyyət kəsb edir.

RƏYLƏR