Rusiya qonşularını təhlükə mənbəyi hesab edir

OXUNUB: 641 SİYASƏT

Rusiya federal təhlükəsizlik xidməti "Rusiyanın dövlət sərhəd siyasətinin əsasları haqqında” prezident fərmanının layihəsini hazırlayıb.

Sənədin mətni qurumun saytında dərc olunub.

Rusiya sərhədlərində ölkənin maraqlarına və təhlükəsizliyinə əsas təhdidlərlə bağlı fəsildə qeyd olunur ki, həmsərhəd ölkələrin əhalisinin müəyyən hissəsində "dövlətlərarası sərhədləri yenidən nəzərdən keçirmə istəyi” formalaşır. Bundan başqa, sənədə görə, dünyanın aparıcı ölkələri Rusiyanı strateji maraq zonalarından sıxışdırıb-çıxarmağa can atır.

Sənəddə konkret ölkələrin adları sadalanmır.

Federal Təhlükəsizlik Xidməti Rusiyanın qlobal miqrasiya prosesləri, beynəlxalq terror və trans-sərhəd cinayət səviyyəsinin yüksəlməsinin neqativ təsirlərinin əsas hədəfi olduğunu hesab edir.

Digər risklər sırasında Rusiya sərhədləri yaxınlığında hərbi və sosial-siyasi gərginlik ocaqlarının olması, təbii resursların talan edilməsi cəhdləri, əhalinin kriminallaşdırılması, viruslu xəstəlikləri kütləvi yoluxdurma təhlükəsi və s. göstərilib.  

Eyni zamanda, sənəddə Rusiyanın heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığı qeyd olunur./oxu

İcmal.Az

RƏYLƏR