Rusiya, Türkiyə və İran XİN rəhbərləri BMT-nin xüsusi elçisi ilə Suriya məsələsini müzakirə ediblər

OXUNUB: 654 DÜNYA
Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif və BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Geyr Pederson arasında görüş keçirilib. Görüşdə tərəflər Suriya məsələsini müzakirə ediblər. Bildirilir ki, görüş Suriyada oktyabrın 30-u fəaliyyətə başlayacaq Konstitusiya Komitəsinin işə düşməsindən əvvəl reallaşıb. Qeyd edək ki, daha əvvəl nazirlər Astana formatında görüş keçiriblər.

RƏYLƏR