Rusiya XİN Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən danışdı

OXUNUB: 563 SİYASƏT

"ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar".

İcmal.Az-ın məlumatına əsasən, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı oktyabrın 16-da Cenevrədə keçirilən sammitin yekunlarını nəzərə alaraq, həmsədrlər bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar. Bu görüşədək isə həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirəcəklər. Hazırda rusiyalı həmsədr amerikalı və fransalı həmkarları ilə birlikdə bu məsləhətləşmələrin yeri və tarixi məsələsi üzərində işləyir”. 

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvada həmsədrlərlə görüşəcəyini bildirib. 

İcmal.Az

RƏYLƏR