Rusiya XİN: Azərbaycanla münasibətlərimiz inkişaf edir

OXUNUB: 604 SİYASƏT

"Regionların xətti ilə Azərbaycanla münasibətlərimiz inkişaf edir".

İcmal.Az-ın APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında bildirib. 

Sergey Lavrov bu ilin sentyabr ayında Rusiyanın Stavropol şəhərində keçirilən 8-ci Rusiya-Azərbaycan regionlararası forumunu xatırladıb: "Forumda Rusiya ilə Azərbaycan arasında beş ikitərəfli sənəd imzalanıb. Ümumilikdə Rusiyanın regionlarında 650-yə yaxın azərbaycanlı tərəfdaşlarımızla birgə müəssisə fəaliyyət göstərir".

İcmal.Az

RƏYLƏR