Rusiya XİN Moskva ilə Ankaranın Suriya ilə bağlı memorandumunun həyata keçirildiyini açıqladı

OXUNUB: 572 DÜNYA
Moskva Suriyanın şimal-şərqində Rusiya-Türkiyə birgə fəaliyyət haqqında memorandumun həyata keçirildiyini hesab edir. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib. A.Qruşko bildirib: "Memorandum həyata keçirilir. Həm yerdə, həm də siyasi kanallar vasitəsilə ən yaxın əməkdaşlıq qurulub".

22 oktyabrda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidəki görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin nizamlanması üçün birgə tədbirlər haqqında memorandum qəbul ediblər.

RƏYLƏR