Rusiyada ağır yol qəzası: Beş ölü

OXUNUB: 628 DÜNYA

Rusiyanın Nijeqorod vilayətinin Poçinkovsk rayonunda səhər saatlarında  baş verən ağır yol hadisəsi nəticəsində azı beş nəfər ölüb.

Bu barədə "İnterfaks-Povoljye” agentliyi dövlət yol hərəkəti təhlükəsizlik müffətişliyinin yerli bölməsinə istinadən xəbər yayıb.

"Moskva vaxtı ilə 08:00 radələrində Nijni Novqorod - Saratov avtoyolunun 211 kilometrində yanacaq daşıyan "MAN” markalı nəqliyyat vasitəsi "VAZ 2114” markalı avtomobillə toqquşub”, - deyə bölmənin mətbuat xidmətinin əməkdaşı bildirib.

Rəsmi mənbə bildirib ki, yol hadisəsi nəticəsində avtomobilin sürücüsü və dörd sərnişin ölüb.

"İlkin olaraq müəyyən olunub ki, bədbəxt hadisə qurbanlarının hamısı Nijeqorod vilayətinin sakinləridir”, – deyə rəsmi mənbə bildirib.

Qəza səbəblərinin  araşdırılması məqsədilə hadisə yerində DYHTM əməkdaşları işləyir. /oxu

İcmal.Az

RƏYLƏR