Rusiyada ana imtahan verərkən, övladları maşında öldü

OXUNUB: 925 DÜNYA

Rusiyanın Rostov-na-Don bölgəsində ana imtahan verərkən, iki övladı avtomobildə ölüb.

İcmal.Az xəbər verir ki, bununla bağlı 161.ru saytı yerli hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. 

Bildirilib ki, ana yaş yarımlıq və üç yaşlıq qızlarını 12 yaşlı bacısının yanına qoyub. 

Əvvəlcə uşaqlar həyətdə oynayıb, daha sonra uşaqlar maşına miniblər və ondan düşə bilməyiblər. 

Uşaqların atasının hadisə zamanı harada olduğu məlum deyil. 

Ana evə qayıdan zaman avtomobildə övladlarının cəsədini aşkar edib. Faktla bağlı araşdırmalar aparılır. 

İcmal.Az

RƏYLƏR