Rusiyada atom sualtı gəmiləri utilizasiya olunacaq

OXUNUB: 578 DÜNYA

Rusiyada 941 (şifrə adı "Akula”) layihəsi üzrə buraxılmış "Arxanqelsk” və "Sverstal” atom sualtı gəmiləri utilizasiya olunacaq.

Bu barədə "RİA Novosti” yanvarın 19-da gəmiqayırma sahəsindən olan mənbəyə istinadən məlumat yayıb.

Sualtı gəmilər Rusiya hərbi-dəniz donanmasının döyüş heyətindən çıxarılıb. Utilizasiyanın səbəbinə gəlincə, agentliyin müsahibi onların istismarına artıq lüzum olmadığını bildirib. "Rosatom”un sualtı gəmiləri 2020-ci ilə kimi utilizasiya edəcəyi bildirilir.

Hal-hazırda Rusiya Hərbi Dəniz Donanmasında döyüş heyətinin tərkibində  olan 941U layihəsi əsasında hazırlanmış yeganə sualtı gəmi "Bulava” ballistik raketinin sınağının aparıldığı "Dmitri Donskoy” sualtı gəmisidir.

941 layihəsinə aid olan sualtı-gəmilər dünyanın ən böyük atom submarinləri sayılır. Layihə üzərində sovet konstruktoru Serqey Kovalyov işləyib. İlk bu tipdən olan TK-208 gəmisi 1980-ci ildə suya buraxılıb. Submarinin uzunluğu 172 metr, ağırlığı 49.8 min tondur. Ümumilikdə altı belə sualtı gəmi inşa olunub./oxu

İcmal.Az

RƏYLƏR