Rusiyada azərbaycanlılara hücuma görəhəbslər başladı

OXUNUB: 489 DÜNYA

Rusiyanın hüquq mühafizə orqanları Volqoqradın cənubunda silahlı hücumda iştirak etməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb. Onlardan ikisi müvəqqəti təcrid etmək mərkəzinə yerləşdirilib, 3-cü şübhəli  polis nəzarəti altında xəstəxanada müalicə olunur.

Bu barədə TASS cümə günü regionun güc strukturlarında çalışan mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl yayılan xəbərə görə, cümə axşamı Moskva vaxtı ilə axşam saat 19.00 radələrində Volqoqradın Krasnoarmeysk rayonunda yerləşən kafelərdən birinin yaxınlığında silahlı hücum (odlu və soyuq silahların tətbiq ilə) baş verib. Nəticədə bir nəfər həlak olub, 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt üzrə cinayət işi açılıb.

"Əməliyyat-axtarış tədbirləri nəticəsində və şəhərdə həyata keçirilən "Perexvat” planı nəticəsində  şübhəlilərin minərək hadisə yerini tərk etdiyi "İnfiniti” və "Lada Priora” markalı  avtomobillər  aşkarlanaraq-saxlanılıb. Ümumilikdə 3 şübhəli saxlanılıb – onlardan biri polis nəzarəti altında xəstəxana müalicə alır, digər iki şübhəli müvəqqəti təcridxanaya yerləşdirilib” - deyə agentliyin müsahibi bildirib.

Bölgənin  istintaq idarəsi, saxlanılan şübhəlilərlə bağlı rəsmi qaydada ətraflı məlumatların  bir qədər sonra ictimaiyyətə çatdırılacağını bildirib.

Volqoqrad diyar administrasiyasının səhiyyə komitəsindən verilən xəbərə görə, insident nəticəsində xəsarət alanlar  hələ də xəstəxanadan buraxılmayıb. Əvvəl hər üç zərərçəkənin ağır vəziyyətdə olduğu bildirilsə də, hazırda onlardan birinin vəziyyəti orta-kafi qiymətləndirilir./oxu

İcmal.Az

 

RƏYLƏR