Rusiyada azərbaycanlının meyitini "Porsche"də gəzdirən şəxs axtarılır - VİDEO

OXUNUB: 23 HADİSƏ

Rusiyada Azərbaycan vətəndaşının meyitini "Porsche" markalı avtomobildə gəzdirən şəxs axtarılır. 

İcmal.Az baku.ws-yə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından lenta.ru saytına məlumat verilib. 

Bildirilir ki, hadisə Moskva ətrafında baş verib. 

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Novikova küçəsində yerləşən xəstəxanalardan birinin həyətinə yük yerinin qapısı açıq olan "Porsche" markalı avtomobil daxil olub. 

Sürücü dərhal maşından düşərək qaçıb. Daha sonra maşının sərnişinlər üçün nəzərdə tutulmuş oturacağında qanlar içində olan meyit aşkarlanıb. 

Hadisə yerinə gələn həkimlər onun öldüyünü bildiriblər. 

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, öldürülən şəxs Azərbaycan vətəndaşıdır. 

Hazırda həmin avtomobildən qaçan şəxsin tapılması istiqamətində bütün ölkədə axtarışlar aparılır. 

İcmal.Az


В России Porsche с трупом азербайджанца бросили у больницы

RƏYLƏR