Rusiyada helikopter qəzaya uğradı - 18 ölü

OXUNUB: 646 DÜNYA

Rusiyanın Krasnoyarsk diyarında "Mİ-8” helikotperi qəzaya uğayıb.

İcmal.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, regionun təcili xidmətlərindən verilən məlumata görə, ekipajın 3 üzvü daxil olmaqla, 18 nəfər həlak olub.

"Helikopterdə ekipajın 3 üzvü daxil olmaqla, 18 nəfər var idi. Hamısı həlak oldu”, - agentliyin həmsöhbəti deyib.

Mənbənin sözlərinə görə, helikopterin içində "Ankor” şirkətinin əməkdaşları var idi.

Hüquq-mühafizə orqanlarından TASS agentliyinə bildiriblər ki, "Mİ-8" İqarka şəhərinin aerodromundan havaya qalxıb. Helikopter uçuş yerindən 2 kilometr cənubda qəzaya düşüb.Hava gəmisi qəzaya uğradıqdan sonra yanmağa başlayıb.

İlkin ehtimala görə, qəzaya texniki nasazlıq və ya pilotun səhvi səbəb olub.

Öz növbəsində Fövqəladə Hallar Nazirliyinin Krasnoyarsk kənarı üzrə Baş idarəsindən bildiriblər ki, "Mİ-8" sərt eniş edib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, qəzanın şəraiti və bütün başqa informasiyalar hazırda dəqiqləşdirilir. Fövqəladə hadisənin baş verdiyi ərazidə operativ xidmətlərin nümayəndələri işləyirlər.

İcmal.Az

RƏYLƏR