Rusiyada hotel yanır: İnsanlar pəncərədən özünü atır – VİDEO + FOTO

OXUNUB: 784 DÜNYA

Rostov-na-Donu şəhərinin mərkəzində Semaşko dalanında yerləşən Torn House hotelində baş verib.

 Fasad örtüyündən başlayan yanğının alovları bütün binanı – 840 kvadrat metr ərazini əhatə edib. 

Məlumata görə, hoteldən, yaxınlıqda yerləşən evlərdən və uşaq bağçasından 400 nəfərdən artıq insan, o cümlədən 61 uşaq təxliyyə edilib.

Hadisə nəticəsində bir nəfər həlak olub. Şahidlərin sözlərinə görə, adamlar özlərini aşağı mərtəbələrdən yerə atıblar.

"Beş qız ikinci mərtəbədən özünü yerə atırdı, oğlanlar isə onları tuturdular. Onlardan heç biri xəsarət almayıb”, - deyə hadisənin şahidləri bildiriblər. /oxu

 

RƏYLƏR