Rusiyada məhbusları aparan vaqon alışıb

OXUNUB: 617 HADİSƏ

Rusiyada yanan otluq sahədən keçərkən məhbusları aparan vaqon alışıb.

Bu barədə Rusiyanın regional idarəsi məlumat yayıb.

Məlumata görə, Valdivostok-Xabarovsk marşrutu üzrə məhbuslar daşınarkən qatar quru ot ərazisi yanan hissədən keçərkən vaqonun aşağı hissəsi alışıb, tüstülənmə olub.

Karaul rəisi dərhal nəzarəti gücləndirərək, məhbusların təxliyəsini təşkil edib.

Alovun başqa vaqonlara keçməsinin qarşısı alınıb.

Xəsarət alan olmayıb./trend

 

İcmal.Az

RƏYLƏR