Rusiyada məktəbə silahlı hücum: Yaralılar var

OXUNUB: 507 DÜNYA

Rusiyanın Perm şəhərində üzlərində maska olan naməlum şəxslərin məktəbə etdiyi hücum nəticəsində səkkiz şagird və bir müəllimə bıçaq xəsarətləri alıb.

Bu barədə "RİA Novosti” Perm diyarının Ərazi Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin nümayəndəsi hadisə yerinə polis, təcili tibbi yardım əməkdaşları və Perm rəhbərliyindən olan nümayəndələrin göndərildiyini bildirib.

İnsident  Motovilixinsk rayonunda yerləşən, xüsusi fənlərin intensiv şəkildə tədris olunduğu 127 nömrəli məktəbdə, yerli vaxtla 10:19 radələrində baş verib. Silahlı hücum nəticəsində doqquz nəfər bıçaq xəsarətləri alıb: Zərərçəkənlərdən biri müəllim, səkkizi şagirdir”, – deyə nazirliyin rəsmisi bildirib.

Hadisə yerində polis və həkimlər işləyir./oxu

İcmal.Az

RƏYLƏR