Rusiyada növbəti yanğın: XƏSARƏT ALANLAR VAR

OXUNUB: 101 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində kimya zavodunda yanğın baş verib. Səhər saatlarında 2 mərtəbəli Fabrik binasının birinci mərtəbəsində başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinə bağlı çoxlu sayda yanğınsöndürən göndərilib. Böyük miqdarda kimyəvi maddələrin saxlandığı fabrikdən qalxan alov və qara tüstü şəhərdə böyük çaxnaşma yaradıb. Xilasetmə qrupları fabrikdə olan 6 işçini təxliyə edib.

7NEWS.az

RƏYLƏR