Rusiyada selfi çubuqlarına QADAĞA

OXUNUB: 233 İDMAN

Bu il Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı zamanı stadionlara selfi çubuqları, uzunluğu 25 sm-dən çox olan çətirlər, foto və video texnikası üçün ştativlər, həmçinin dronların keçirilməsi qadağan ediləcək.

FİFA-nın DÇ-2018 stadionlarında azarkeşlərlə bağlı təsdiq etdiyi davranış qaydaları keçirilməsi qadağan olunan 50 əşyadan ibarət siyahını özündə əks etdirir.

Matç təşkilatçıları azarkeşlərə əşyalarını saxlanma kameralarında qoymağı təklif edəcəklər. Qadağan olunmuş əşya aşkar olunacağı təqdirdə qanun pozucusu stadiondan kənarlaşdırılacaq.

Konkret olaraq selfi çubuqları ona görə qadağan olunub ki, o, münaqişə vəziyyətləri yaranacağı təqdirdə soyuq silah qismində istifadə oluna bilər. /report

 

İcmal.Az

RƏYLƏR