Rusiyada sürücü təqaüdçü qadınları vurdu və bir neçə dəfə üzərlərindən keçdi - VİDEO

OXUNUB: 955 DÜNYA

Rusiyanın Xabarovsk diyarında sürücü 91 yaşlı və 88 yaşlı təqaüdçü qadınları vurub, daha sonra parklama yerini tərk edərkən bir neçə dəfə onların üzərindən keçib. Ehtiyatsız sürücünün törətdikləri müşahidə kameraları tərəfindən qeydə alınıb.

İcmal.Az salamnews-a istinadən xəbər verir ki, hadisə Popov küçəsində baş verib.

Xabarovsk diyarı üzrə Rusiya DİN İdarəsi mətbuat xidmətindən verilən məlumata əsasən, qadınlardan biri başından xəsarət alıb, digəri isə yuxarı və aşağı ətrafdan xəsarətlər alıb. Həyatları üçün təhlükə yoxdur. 65 yaşlı sürücünün sərxoş olmadığı bildirilir.

Hadisənin səbəbi aydınlaşdırılır.

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Водитель 'нивы' переехал двух старушек, приняв их за бордюр

RƏYLƏR