Rusiyada yanğın nəticəsində azərbaycanlı ailə ölüb – VİDEO + YENİLƏNİB

OXUNUB: 617 DÜNYA

Rusiyada baş verən güclü yanğın zamanı azərbaycanlı ailənin üzvləri yanaraq ölüb.

 Hadisə dünən Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.

Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-i (3 yaşlı qız və 6 yaşlı oğlan) uşaqdır. 

Yağın söndürüləndən sonra əvvəlcə mənzildə iki kişi meyiti aşkarlanıb. Xəstəxanaya aparılarkən isə yolda iki azyaşlı da dünyasını dəyişib.   

"Orenburq Bezformata" portalı yazıb ki, yanğın zamanı xəsarət alan daha 4 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü qadın, 1-i uşaqdır. Yaralıların vəziyyəti ağırdır. 

Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın lokallaşdırılıb.

"RİA56" portalı isə qonşuların sözlərinə istinadən bildirib ki, bu ailədə 2016-cı ildə daha bir faciə yaşanıb. Belə ki, həmin ilin mayında azyaşlı yuxarı mərtəbədən yıxılıb. Həmin vaxt uşaq sağ qalıb, lakin ciddi xəsarətlər alıb./oxu   

00:34

Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailə ölüb.

İcmal.Az-ın məlumatına görə, bu barədə APA-ya Orenburqdaki Azerbaycan diasporunun rəhbəri Yaşar Məsimov bildirib.

Məlumata görə, yanğın fevralın 12-si, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır.

Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır. 

İcmal.Az

RƏYLƏR