Rusiyadan alınan döyüş texnikası ölkəmizə gətirildi – VİDEO

OXUNUB: 777 SOSİAL

Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi ölkəmizə gətirilib

RƏYLƏR