Rusiyadan sərt bəyanat: "ABŞ-dan açıqlama gözləyirik"

OXUNUB: 624 DÜNYA
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sərt bəyanatla çıxış edib


Rusiyalı nazir Əsəd rejiminə aid hərbi təyyarələrin vurulmasına aid ABŞ-dan açıqlama gözlədiklərini bildirib.

Lavrov Moskvada Fransanın xarici işlər naziri ilə görüşüb. Görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən Lavrovv ABŞ-ın Əsəd rejiminə aid təyyarəni vurmasından sonra Suriyada hava təhlükəsizliyi anlaşmasının ləğv edildiyini xatırladaraq Vaşinqtondan bu mövzuda açıqlama gözlədiklərini ifadə edib.

Suriyada bir çox fərqli gücün fəaliyyət göstərdiyini bildirən Lavrov, bütün tərəflərin ortaq məqsədinin terrora qarşı mübarizə olmasının vacibliyini vurğulayıb./olke.az
 

İcmal.Az

RƏYLƏR