Rusiyadan Türkiyəyə qaz ixracı rekord səviyyəyə çata bilər

OXUNUB: 695 İQTİSADİYYAT

Son bir ildə (2016-cı ilin sentyabrından 2017-ci ilin sentyabr ayına qədər) Rusiyadan Türkiyəyə qaz ixracı 48 faiz artıb. 

Bunu "Qazprom” sədri Aliksey Miller bəyan edib. O bildirib ki, 2017-ci ildə Türkiyəyə qaz tədarükü rekord həddə çata bilər.

Məlum olub ki, 2017-ci ilin yanvar ayının birində ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə qaz ixracı 24,3 faiz artıb. Bu da illik 4,1 milyard kubmetr artım deməkdir. 2017-ci ildə "Qazprom”un Türkiyəyə qaz ixracı tarixi rekord həddinə - 28 milyard kubmetrə çatacaq./oxu 

İcmal.Az

RƏYLƏR