Rusiyalı nazirdən qadınlara ŞOK ÇAĞIRIŞ: "Onlarla yatsanız..."

OXUNUB: 1284 İDMAN

Rusiyanın Ailə, Qadın və və Sosial Siyasət naziri Tamara Pletneva 2018 Dünya Çempionatının başlamasından bir neçə saat öncə qadın vətəndaşlara müraciət edib.

İcmal.Az xəbər verir ki, nazir qadınlara Dünya Çempionatını izləməyə gələn azarkeşlərlə cinsi əlaqədə olmamağa dair xəbərdarlıq edib.

O, bu mövzunun mənfi nəticələr doğura biləcəyini deyib: "Ölkəmizə gələcək bir çox kişi ilə münasibət qurmaq ailələrimizin parçlanmasına səbəb olar bilər. Xüsusilə, həmin insan fərqli irqdən olarsa. Öz ölkəmizin içində evliliklər görmək istəyirəm. Kişi hansı ölkədən olursa-olsun, Rusiya vətəndaşı olandan sonra yaxşı bir ailə qurula bilər. Uşaqlar daha rahat böyüdülər. Miliyyətçi deyiləm, amma işin təbiəti budur”.

Qeyd edək ki, Dünya Çempionatının matçlarını tribunadan izləmək üçün 2,5 milyon bilet satılıb. Rusiyaya dünyanın dörd bir tərəfindən azarkeşlərin axın etməsi gözlənilir. Bu ölkəyə xaricdən gələcək azarkeşlər isə Amerika, Brazliliya, Kolumbiya və Almaniyadan olacaq.

İcmal.Az

RƏYLƏR