Rusiyalı teleaparıcı Azərbaycanda həm dincəlir, həm də pul qazanır – FOTOLAR

OXUNUB: 1014 ŞOU-BİZNES
Rusiyanın məşhur "Pole çudes” əyləncəli-intellektual televiziya proqramının aparıcısı, milyonların sevimlisi Leonid Yakuboviç Bakıdadır.

Rusiyalı teleaparıcı Azərbaycanda həm dincəlir, həm də pul qazanır – FOTOLAR

İcmal.Az  milli.az-a istinadla xəbər verir ki, L.Yakuboviç Bakıya, sadəcə, istirahətə gəlməyib. Onu ölkəmizə reklam çəkilişi üçün holdinqlərdən biri dəvət edib. Reklam çarxının çəkilişləri Bakının qədim və əsrarəngiz hissəsi olan İçərişəhərdə aparılıb.

Rusiyalı teleaparıcı Azərbaycanda həm dincəlir, həm də pul qazanır – FOTOLAR

Məşhur teleaparıcı Azərbaycana səfəri çərçivəsində respublikanın cənub bölgələrini də ziyarət edib.

Bununla yanaşı, Yakuboviç Azərbaycanda dincəlmək fürsətini də əldən verməyib. Dünən onu paytaxt çimərliklərindən birində görüblər. Teleaparıcı pərəstişkarları ilə fotoşəkil çəkdirməyə həvəslə razılıq verib.

Rusiyalı teleaparıcı Azərbaycanda həm dincəlir, həm də pul qazanır – FOTOLAR

Leonid Yakuboviç ötən gün Bakıda T.Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ” - "Samtredia” oyununu da izləyib. Oyun "Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rusiyalı teleaparıcı Azərbaycanda həm dincəlir, həm də pul qazanır – FOTOLAR

Qeyd edək ki, Leonid Yakuboviç Bakıda dəfələrlə olub və buranı çox sevdiyini deyib: "Bakı mənim dünyada ən çox sevdiyim şəhərlərdən biridir. Ümumiyyətlə, mənim bu şəhərlə bağlı xoş xatirələrim var. Bakı ilə, Azərbaycanla bizi bir çox məqamlar birləşdirir. Mənim cavanlığım Bakıının ən yaxşı KVN komandasında keçib. Bakı günü-gündən inkişaf edir”, - deyə aparıcı əlavə edib”.
 
 
İcmal.Az

RƏYLƏR