Rusiyalı teleaparıcı canlı yayımda amerikalı qonağa hücum etdi - VİDEO

OXUNUB: 727 DÜNYA

Rusiyanın "Pervıy kanal" telekanalında efirə getmiş "Zaman göstərər" (Время покажет) proqramında aparıcı Artyom Şeynin verilişin qonağı - amerikalı jurnalist Maykl Boma hücum edib.

Veriliş San-Fransiskoda konsulluq binasının üzərindən Rusiya bayrağının çıxarılmasına həsr edilmişdi. Amerikalı qonaq aparıcının sözünü kəsən kimi Artyom Şeynin onun yaxasından tutub, "təxribatla məşğul olmamağa" çağırıb.

Araya girən digər aparıcı Yekaterina Strijenova və verilişin başqa qonağı Frants Klintseviç vəziyyəti normallaşdıra biliblər./virtualaz.org

İcmal.Az


Ведущий Первого канала набросился на гостя программы

RƏYLƏR