Rusiyanı yeni təhlükə gözləyir – Trampa ÇAĞIRIŞ

OXUNUB: 657 DÜNYA

Demokratlar Partiyasından üç senator ABŞ Konqresinin Senatına qətnamə təqdim edib.

Qanunvericilər qətnamədə prezident Donald Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıblar.

Ben Kardin (Merilend ştatı), Şerrod Braun (Ohayo) və Robert Menendes (Nyu-Cersi) sənədin müəllifləridir.

Qeyd edək ki, yanvarın sonunda ABŞ-ın Maliyyə Nazirliyi "Kreml məruzəsini” açıqlayıb. Sənədə 210 nəfərin adı daxil edilib. Onlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurları, 96-sı dövlət şirkətlərinin rəhbərləridir.

Siyahı sanksiyaların avtomatik tətbiqini nəzərdə tutmasa da, gələcəkdə həmin şəxslərə qarşı sanksiyaların tətbiqi istisna edilmir./publika

İcmal.Az

RƏYLƏR