Rusiyanın Ermənistandakı hərbi bazasında zabitlərin döyüş hazırlığı yoxlanılır

OXUNUB: 895 DÜNYA

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında xidmət edən zabit heyətinin fiziki və döyüş hazırlığı üzrə yarış keçirilir.

Tədbirə Gümrüdəki hərbi hissənin 100-dən çox zabiti cəlb edilib.

Bazada xidmət edən leytenantlardan polkovnikədək bütün zabitlər "Makarov” tipli tapançadan 25 metrlik məsafədəki hədəfə atəş açmaq, 100-400 metrlik məsafəyə üzmək, turnikdə normativləri yerinə yetirməklə hazırlıq səviyyələrini nümayiş etdirməlidirlər.

Cənub Hərbi Dairəsinin Cənubi Qafqazdakı hərbi biləşmələrinin zabitləri arasında seçmə mərhələsi bu il mayın 18-19-da keçiriləcək. 

Seçmə mərhələdə qalib gələn 8 hərbçi yayda və payızda ümumrusiya hərbi hissələrinin yarışında iştirak edəcək. /oxu.az

 

İcmal.Az

RƏYLƏR