Rövnəq Abdullayev: Oyunun qırılma nöqtəsi penalti epizodu idi

OXUNUB: 696 İDMAN

Oyunun qırılma nöqtəsi penalti epizodu idi. Elə epizoddur ki, hakim haqsızlığının olub-olmadığını demək olmur. Futboldur, hər şey ola bilər.

İcmal.Az-ın Report-a istinadən məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ” və İngiltərənin "Çelsi” komandaları arasında keçirilmiş Çempionlar Liqasının V tur matçı barədə danışarkən deyib.

O, bildirib ki, "Qarabağ” artıq üçüncü oyundur, 10 nəfərlə qalır: 

"Yəqin qaydaları dəyişiblər. Amma bunun məqsədli şəkildə olduğunu deməzdim”.

İcmal.Az

RƏYLƏR