Rövşən Əhmədov həbs edildi

OXUNUB: 539 HADİSƏ

Nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin qızılını mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov həbs olunub. 

Bu barədə Oxu.Az-a Vəkillər Kollegiyasının üzvü, Ç. Baxşıyevin vəkili Ceyhun Yusifov bildirib.

Onun sözlərinə görə, bir neçə gün öncə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatında olan prosesdə R.Əhmədov barəsində həbslə axtarış qərarı verilib. 

R. Əhmədov son bir neçə iclasa gəlmədiyi üçün proses təxirə salınıb.

Məhkəmə qərarı ilə axtarışda olan R.Əhmədov özünə məxsus mənzildə saxlanılıb.

Ceyhun Yusifov əlavə edib ki, o, bu günə qədər üç dəfə cinayət törədib.

İcmal.Az

RƏYLƏR