Röyadan əkizlərə və “ATV maqazin” qadağasına münasibət - FOTO

OXUNUB: 1288 ŞOU-BİZNES

Əməkdar artist Röya Ayxan aylardır "ATV maqazin onlarla” proqramında adının çəkilməməsi və görüntülərinin getməməsinə münasibət bildirib.

İcmal.Az xəbər verir ki, Röya "ATV maqazin onlarla” proqramında qoyduğu qadağanı qismən də olsa, təsdiqləyib:

"Mən istəmədim ki, kimsə məni müzakirəyə qoysun. Ona görə də dostcasına aramızda danışmışıq. Mən satılmıram”.

O, daha sonra Aygün Kazımovanı "Nömrə 1” adlandırıb, Murad Arifin bəstəsini bəyənmədiklərini deyən əkizlər – Sevil və Sevincə də söz atıb.

Müğənni Murad Arifi işarələrəyək "Ay qızlar, durun... gedək oppalara”, - deyə "Instagram Story”də paylaşım edib.

 

İcmal.Az

RƏYLƏR