Rza Rzayev: "FETO mətbuatı məhkəmədəki çıxışımı təhrif edərək yayıb"

OXUNUB: 53 GÜNDƏM
"Mənim məhkəmə prosesində dediklərimi yeniavaz.com saytı təhrif edərək ictimailəşdirib. FETO-çular, onların mətbuatı yenə iş başındadır”.

AFN xəbər verir ki, bunu aktyor Rza Rzayev bildirib. Onun sözlərinə görə, sayt 175 saylı məktəbin direktoru Tural Mirzəliyevin ailəsini təhqir etməsi ittihamı ilə bağlı məhkəmədəki çıxışı düzgün işıqlandırılmayıb. Qeyd edək ki, mayın 8-də Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında aktyor ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmədiyini bildirib. AFN-ə açıqlamasında R.Rzayev bildirib ki, o, nəinki T.Mirzəliyevin, ümumiyyətlə heç kimin ailəsini təhqir etməyin tərəfdarı deyil: "Mən məhkəmədə də bildirdim ki, əksinə, Tural Mirzəliyev və onun dəstəsi məni təhqir edib və bununla bağlı mən lazımi materialları təqdim etmişəm, hamısı cinayət işində var. Məni tanıyan hər kəs bilir ki, nəinki özümü, öz ailəmi qoruyacaq xarakterə malikəm, hətta başqasının ailəsini, ana-bacısını qorumaq üçün zaman-zaman addımlar atmışam. Bunu mənitanıyan jurnalistlər bir çox media orqanlarda da yazdı. Mən hətta küçədə tanımadığım dayanacaqda dayanan qadına görə də dava edəsi adamam və etmişəm . Bakı Şəhər Baş Təhsil İdarəsinin keçmiş rəisi Məhəbbət Vəliyevanın qəbulunda olanda mənə sual verdi ki, ay Rza, oğlum, hamının namusunu-qeyrətini çəkmək sənəmi qalıb? Cavab verdim ki, sizin də qızınız var, övladınız var, ona küçədə biri söz atırsa və siz onun yanında deyilsinizsə onu küçədə bir azərbaycanlı kişisi kimi qorumalı l deyiləmi? Bu gün dövlət başçısını, ailəsini sosial şəbəkələrdə təhqir edirlər, o təhqirlərə biz cavab verməməliyikmi? Deməliyik ki, bu onun şəxsi məsələsidir? Mənim cavabım bax, belə olub. Qeyrəti, namusu olan oğlanlar başqasının da ana-bacısını, ailəsini qorumalıdır. Yeniavaz.com məlumdur ki, FETO-çuların saytıdır və təxribatla məşğul olur. Həmin proses məhkəmədə videoya çəkilib, lazım gəlsə məhkəmədən onu alıb yaymaq lazımdır, qoy hər kəs görsün ki, əslində mən orda nə demişəm”. R.Rzayevin sözlərinə görə, o məhkəmədə T.Mirzəliyevin özünün öz ailəsini təhqir etdiyini deyib: "Bildirdim ki, Tural Mirzəliyev "Yeni Müsavat”ın canlı efirində Rövşən Əzizovun pedofil olduğunu və buna görə onu işdən çıxartdığını deyib. Rövşən Əzizov da cavabında bildirib ki, Tural Mirzəliyev özünün qızını mənim yanıma hazırlığa qoyub, 4 ay onun qızını pulsuz hazırlaşdırmışam, qızının çəkdiyi videosunuda da paylaşdı , Dedi -Tural getsin qızından soruşsun görsün mən pedofiləmmi deyiləmmi. Mən Tural Mirzəliyev haqda status yazmışam ki, bu adam öz ailəsini ona aidiyyatı olmayan məhkəmə proseslərinə gətirir, polis bölməsinə aparır, başqa adla, valideyn adıyla. Bundan əvvəl 8 məhkəmə iclası olmuşdu, Tural Mirzəliyevin xanımı və qaynı o proseslərə valideyn adıylar gəlirdilər. Noyabr ayında o hadisələr baş verəndə biz bilmişik ki, bizi söyən, təhqir edən adam onun həyat yoldaşı imiş, adı da Məftunədir və hər dəfə kimliyin soruşanda Turalın xanımı olduğunu deməyib. 8 prosesdə onlar bunu gizlətmişdilər və onun həyat yoldaşı başqa məktəbdə işləyirdi, o prosesə heç bir aidiyyatı yox idi. Mən də məlum hadisədən sonra yazmışdım ki, bu adam öz şəxsi maraqları üçün həyat yoldaşından, qızından, qaynından istifadə edir. Beləsinə məktəblərdə valideynlər öz uşaqlarını etibar edə bilər ya yox, bu müzakirə edilməlidir. Məhkəmədə dedim bu təhqirdir ya yox, buna qərar verilsin. Mən tələb etmişəm ki, Tural Mirzəliyevin ailəsini təhqir etməyimlə bağlı sübut qoysun ortaya. O əvvəllər iddia etdi ki, gizli profillərdən etmişəm, amma prokurorluqda bu sübut olundu ki, o profillər mənə məxsus deyil. Bu günə qədər də ortaya onun ailəsini təhqir etməyimlə bağlı fakt qoya bilmir. Mən onun ailəsinə, uşağına təhqiredici heç bir ifadə işlətməmişəm. Ancaq onun işlətdiyi təhqiredici ifadələrə cavab vermişəm. Və mənə qarşı qaldırılan cinayət işinin saxta və qurama olduğunu bəyan etmişəm, özümü təqsirli bilmədyimi söyləmişəm, möhtərəm hakimdən doğruların üzə çıxmasına kömək olmasını xahiş etmişəm və amma bu günə qədər baş verənlər təkrarlanarsa, etdiklərimi (saxta ittahamda yazılanları yox ) yenə təkrar edərəm, Tural mənə söydüyü söyüşü yenə də söyərsə təkrar cavabını alar. Amma bu cinayət işi qondarma işdir, o ittihamları qəbul etmirəm. Məhkəmədə də bunu demişəm”.
R.Rzayev onu da xatırladır ki, o, dövlət başçısı və ailəsi təhqir ediləndə yazılar yazaraq onları müdafiə edən adamlardan olub. Belə olan halda məhkəmə iclasından hazırlanan qeyri-peşəkar reportajda onun guya öz təhqirlərinə "dövlət başçısı və ailəsi də təhqir olunur" deyərək haqq qazandırması məntiqdən tamam uzaqdır. Həmin yazılardan birinin linkini də əlavə edirik:

MƏŞHUR AKTYOR "SÖYÜŞ TAKTİKASI”NA ƏL ATILMASININ SƏBƏBİNİ AÇDI:"Onu xalqın gözündən salmaq istəyirlər"

Rza Rzayev:

RƏYLƏR