Saakaşvili istintaqa izahat verməkdən imtina etdi

OXUNUB: 512 DÜNYA

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili istintaqa izahat verməkdən imtina edib.

İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Yeni qüvvələr hərəkatı”nın mətbuat katibi Maryana Poçtar bildirib.  

"Saakaşvili  heç bir prosessual sənəd imzalamayıb, nə də almayıb. Nə o özü, nə də vəkilləri. Hətta şübhəli şəxs hesab olunmasına dair belə sənəd təqdim edilməyib”, - deyə Maryana Poçtar bildirib.

Onun sözlərinə görə, dekabrın 6-na Ali Radanın qarşısında keçiriləcək brifinqdə M.Saakaşvili vəkilləri ilə birlikdə məsələyə aydınlıq gətirəcək.

Qeyd edək ki, Baş Prokurorluq bundan əvvəl M.Saakaşvili barəsində axtarış elan edib.   

 

İcmal.Az

RƏYLƏR