Saakaşvilini Dnepropetrovskda yumurta atəşinə tutdular — FOTOLAR

OXUNUB: 189 DÜNYA
Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bazar günü Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində sakinlər qarşısında çıxış edib.


Çıxışı zamanı Saakaşvilini yumurta atəşinə tutublar. Bundan başqa eks-qubernatorun üstünə zelyonka atıblar.

Saakaşvilinin səfəri Krivoy Roq şəhər sovetində aparılan axtarışlar və şəhər rəhbərliyinin fəaliyyəti ilə bağlı mənfi xəbərlər olub.

Döyüşçülərin xatirəsinə ucaldılmış abidənin qarşısına gül-çiçək qoyduqdan sonra eks-qubernator şəhər sakinlərinə müraciət edib. Amma onun müraciəti yumurta və zelyonka atəşi ilə yarıda kəsilib. Hadisəni törədən şəxs saxlanılıb və polis bölməsinə aparılıb./olke.az
 
İcmal.Az


RƏYLƏR