Saakaşvilinin Tbilisidə saxlanılmasının görüntüləri yayılıb

OXUNUB: 146 DÜNYA

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin Tbilisidə qaldığı mənzildə saxlanılması ilə bağlı internetdə qısa video yayılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, görüntüləri yerli telekanallar yayıb.

 

Kadrlarda M.Saakaşvilinin qandallandığı əks olunub. Videodan göründüyü kimi, siyasətçiyə qarşı hər hansı bir zor tətbiq edilməyib.

Qeyd edək ki, sabiq dövlət başçısı oktyabrın 1-də Tbilisidə saxlanılıb.



RƏYLƏR