Saatlıda təhsil adına biabırçılıq: HEYDƏR ƏLİYEV FONDUNUN ŞAGİRDLƏRƏ VERDİYİ HƏDİYYƏ ÇANTASI GERİ ALINDI

OXUNUB: 1245 index-manşet HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda deyilir ki, Saatlı Rayon Təhsil İdarəsi tərəfindən Heydər Əliyev Fondu tərəfindən şagirdlər üçün təqdim olunan hədiyyə çantaları sonrada geri alınıb. Məlumatda o da qeyd olunur ki, bu addım Təhsil Nazirliyi adına utancdır və Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə qarşı təxribatdır: "Bu qədər iyrənc sistem harda var görəsən?! İnsan söz tapmır deməyə, bu adamların görməmişliyinə. Deməli, Saatlı rayon Orta Muğan kəndində yeni məktəbin açılışı ilə əlaqədar, Heydər Əliyev Fondu tərəfindən 1-ci sinif şagirdlərinə məktəbli çantası verilib. Çəkiliş edib öyündükdən sonra, şagirdlərin əlindən alıblar çantaları. Uşaqların o an üçün psixoloji durumunu düşünün. Bu qədər də olmaz axı, olmamalıdır. Heç olmasa 10-15 çantanı, dəyəri 50-100 manatı keçməyən bu hədiyyələri uşaqlardan almazdınız. Utanın!"
Mövzunu gündəmdə saxlayacağıq. 
7NEWS.az

RƏYLƏR