SAB firmasından məsuliyyətsizlik: Bakı sakini ağır xəsarətdən son anda qurtuldu

OXUNUB: 1156 Özəl İQTİSADİYYAT

SAB firmasının məsuliyyətsizliyi ucbatından bədbəxt hadisə ola bilərdi.

Hokm.az xəbər verir ki, Bakı sakini mağazaların birindən SAB firmasına məxsus kolbasa alıb. Lakin o, kolbasanı doğrayarkən içindən bolt (şurup) çıxıb.

Bu barədə istifadəçi sosial şəbəkə hesabında paylaşım edib.

"Salam, şikayətim SAB firmasındadır. Həmin firmaya məxsus SƏYYAH yarım hissə verilmiş kolbasa almışam və doğradıqda içindən qara bir metal parçasının çıxdığını aşkarladıq, yaxından baxdıqda həmin metalın bolt birləşməsi(şurup) olduğu məlum oldu. Şəkildə də göründüyü kimi bir hissəsidir, digər hissə nə zaman qarşıma çıxacaq və ya kiminsə qarşısına çıxacaq deyə dəqiq bilmək olmur. Qeyd olunan kolbasa qiyməti ilədə fərqlənir və bahalıdır. Bu cür şirkətin bahalı kolbasası istehsal zamanı buraxılmış ciddi səhvi heç xoşagəlməz deyil. Bunu görmədən yemək və ağızda kəsiklər ve ya yaralar əmələ gəlməsinə gətirib çıxara bilərdi.
Hörmətli istifadəçilər, sizdən xahiş olunur bu tipli kolbasa və diger bu kimi məhsulları istifadə etdikdə diqqətli olun. Bu kimi hal insan sağlamlığına ciddi zərər vura bilər!”, – deyə sosial şəbəkə istifadəçisi bildirib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

  

 

RƏYLƏR