Sabah Gənclər Fondunun Müşahidə Şurasının cari ilin ikinci iclası keçiriləcək - MEDİA DƏVƏTLİDİR

OXUNUB: 777 QHT
Sabah 11:00-da Gənclər Fondunun mərkəzi ofisində Gənclər Fondunun Müşahidə Şurasının cari ilin ikinci iclası keçiriləcəkdir. 7NEWS.az xəbər verir ki, bu barəəd Gənclər Fondunun sözcüsü Şəfa mehmanqızı məlumat verib: "İclasda Fondun Müşahidə Şurasının gündəlikdə olan məsələlər müzakirəsi və görülmüş işlər barədə hesabatın təqdim olunması nəzərdə tutulub. İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Müşahidə Şurasının üzvləri – Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və "Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak edəcəklər."
7NEWS.az

RƏYLƏR