Sabah hava küləkli olacaq, şimal və qərb rayonların arabir yağış yağacaq

OXUNUB: 915 SOSİAL
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İcmal.Az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.
 
Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə  13-15° isti, gündüz  27-29° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 757 mm civə sütunundan 752  mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, mayın 8-də hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz  25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.  
 
İcmal.Az

RƏYLƏR