Sabah hərbi hissələrdə və həbsxanalarda seçki məntəqələrinin yaradılması prosesi başa çatır

OXUNUB: 701 GÜNDƏM SİYASƏT
Dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi sabah başa çatır.

Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları (seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə) hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılmasını səsvermə gününə azı 50 gün qalanadək təmin etməlidir.

Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət noyabrın 3-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, müstəsna hallarda müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri səsvermə gününə azı 5 gün qalanadək seçki məntəqəsini yaradılmasını təmin etməlidirlər.

RƏYLƏR