Sabah yağış yağacaq

OXUNUB: 784 SOSİAL

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam dəyişkən buludlu olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İcmal.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə  22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23, Türkan, Hövsan, Sahil, Şıxda  24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. 

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. 


 

 

 

İcmal.Az

RƏYLƏR