Sabaha olan hava proqnozu açıqlanıb

OXUNUB: 898 SOSİAL

Mayın 10-da Bakı  və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dən İcmal.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə  14-16° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-18° isti, gündüz  27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

 

İcmal.Az

RƏYLƏR