Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu

OXUNUB: 999 İQTİSADİYYAT
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Peachline” MMC olub. Milli Antidopinq Agentliyi "Beynalxalq fəaliyyət ilə bağlı dizayn işləri” üçün "Peachline” MMC-yə 39 min 875 manat 74 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan "Peachline” MMC 19.01.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı "Nəsimi rayonu, Nizami, ev 121, m. 16” olaraq qeyd olunub. MMC-nin qanuni təmsilçisi Fətiyev Elruz Nuru oğludur. Elruz Fətiyev eyni zamanda "Baku Hospitality Group” MMC-nin də qanuni təmsilçisidir.

Məlumat üçün bildirək ki, Elruz Fətiyev sabiq millət vəkili, "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri və eyni zamanda da Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti olan Xanlar Fətiyevin qardaşıdır./pia.az

RƏYLƏR