Sabirabadda "KaMAZ" "Mercedes"lə toqquşub: ölənlər və xəsarət alanlar var - YENİLƏNİB-2

OXUNUB: 702 SOSİAL HADİSƏ

Sabirabadda "KaMAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Hadisə nəticəsində ağır xəsarət almış Etibar Məzahir oğlu Eyvazlı dünyasını dəyişib. 

Qeyd edək ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


***08:40

Sabirabadda "KaMAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub. 

Hadisə nəticəsində Füzuli rayon sakinləri - 22 yaşlı Araz Mehdi oğlu Xənimli, 21 yaşlı Etibar Məzahir oğlu Eyvazlı xəsarət alıb. İkinci yaralının vəziyyətinin kritik olduğu bildirilir.

Qeyd edək ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.  


***07:57

Sabirabadda ağır yol qəzası baş verib.

Hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "KaMAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 3 nəfərin yaralandığı bildirilir. 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR